section-aee8bd5

Hörmətli seçicilərim!

20 ildən çoxdur ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Bu illər ərzində təhsil, sosial məsələlər, gənclər siyasəti, vətənpərvərlik, sahibkarlıq, incəsənət sahələrində ölkəmiz üçün faydalı olan yüzlərlə layihənin həyata keçirilməsinə rəhbərlik etmişəm. Ölkəmizi ABŞ, Rusiya, Fransa, İngiltərə, İsrail, Hindistan, Efiopiya kimi 20-dən çox ölkənin aparıcı platformaları, forum və konfranslarında təmsil edib, Azərbaycan həqiqətlərinin çatdırılmasına dəstək olmuşam. Xocalı həqiqətlərinin, azərbaycanlıların soyqırımının dünya liderlərinin diqqətinə çatdırmaq üçün aksiya və kampaniyaların həyata keçirilməsində iştirak etmişəm.

Gənclər sektorunda uzun illər gənclərin məşğulluğunun artırılması, gənc sahibkarlara dəstək istiqamətində müxtəlif layihələr həyata keçirtmişəm. Minlərlə şəxsin uğurlu karyera qurması, öz biznesinə başlamasına öz töhfəmi verə bilmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Fəxri diploma” layiq görülmüşəm.

Əmək fəaliyyətim ərzində dövlət proqramları, ictimai qurumların layihələri və özəl qurumlarda rəhbər vəzifələrdə çalışmışam. Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Sabah” Qrupları layihəsi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan olunmuş “Sosial layihələr” müsabiqəsinə rəhbərlik edirəm.

Təşkil etdiyimiz layihələrdə daima Abşeron - Qobustan bölgəsinin əhalisinin qonaqpərvərliyi, fəallığı, savadlılığı, çalışqanlığı və potensialını müşahidə etmişəm. Məhz bu bölgənin insanlarının potensialı, etimadından ilham alaraq namizədliyimi bu dairədən verməyə qərar vermişəm.

Namizədliyim dövründə əsas məqsədim sizi daha yaxından tanımaq, sizi düşündürən, sizi maraqlandıran mövzuları dərindən öyrənmək, hər birinizin səsini dinləmək, hər birinizdən öyrənmək və seçiləcəyim təqdirdə vəkiliniz kimi sizi təmsil etməkdir.

Abşeron - Qobustan bölgəsində keçirdiyimiz müxtəlif görüşlər zamanı səsləndirilmiş fikirlər, apardığımız müşahidə və təhlillər əsasında seçki platformamı tərtib etmişəm. Platformamı sizlərə təqdim edirəm.

Seçki platformam aşağıdakı istiqamətlərdən ibarətdir:
• İqtisadi inkişaf
• Təhsil
• Gənclər və idman
• Mədəniyyət və incəsənət
• Sosial məsələlər
• Vətənpərvərlik
Qeyd: Sol tərəfdə yerləşən düymələr vasitəsilə hər bir istiqamətin tərkibi ilə daha ətraflı tanış ola bilərsiniz.

• Abşeron - Qobustan bölgəsinin iqtisadi inkişaf strategiyasının qurulması ilə bağlı təkliflərin verilməsi;

• Yerli və beynəlxalq təşkilatların bu bölgəyə investisiyaları stimullaşdıran proqramların təşviq edilməsi;

• Sahibkarlığın inkişafına dəstək üçün biznes layihələrinin hazırlanması;

• Özünüməşğulluq və iş imkanlarının artırılmasını nəzərdə tutan layihə, proqramların bu bölgədə keçirilməsinin dəstəklənməsi;

• Kənd təsərrüfatının inkişafı üçün maarifləndirici fəaliyyətlərin artırılmasının təşviq olunması;

• Turizim potensialının inkişaf etdirilməsi üçün sahibkarların həvəsləndirilməsi;

• Müasir texnologiyalardan istifadə ilə məhsuldarlığın artırılmasını nəzərdə tutan tərəfdaşlıq proqramlarının dəstəklənməsi;

• Bağça və məktəbəqədər hazırlıq proqramlarının genişləndirilməsi və əlçatanlığını müəyyən edən qanun layihələrinin hazırlanması;

• Müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş proqramların təşviqi;

• Ucqar kəndlərdə fəaliyyət göstərən müəllimlərin stimullaşdırılması üçün müvafiq təkliflərin işlənib hazırlanması;

• Akademik göstəriciləri aşağı olan şagirdlərin biliklərinin arıtılması ilə bağlı proqramların işlənib hazırlanması;

• Gənc müəllimlərin həvəsləndirilməsi və koordinasiyasını təmin edən layihələrin dəstəklənməsi;

• Gənclərin məşğulluğunun artırılması üçün maarifləndirici tədbirlərin, yarmarka və müsahibələrin təşkilini nəzərdə tutan proqramların işlənib hazırlanması;

• Gənclərin asudə vaxtının səmərəli təşkili üçün yerli və beynəlxalq layihələrin bu bölgədə də keçirilməsinə təkan verilməsi;

• Ali təhsil almamış gənclərin öz maraq dairələrinə uyğun gələn peşələrə yiyələnməsini nəzərdə tutan proqramların hazırlanması;

• İdmana olan marağın artırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi, zərərli vərdişlərlə mübarizə sahəsində layihələrin həyata keçirilməsinin həvəsləndirilməsi;

• Təhsil və idman sahəsində xüsusi nailiyyətləri ilə seçilən gənclərin potensialının düzgün istifadəsini təmin edən dəstəkləyici proqramların icrası;

• Gənclərin, xüsusən də gənc ailələrin mənzil və torpaq sahələri ilə təmin olunmasını təşviq edən qanun layihələrinin təklif olunması;

• Abşeron - Qobustan bölgəsində fəaliyyət göstərən mədəniyyət, incəsənət sahəsində fəaliyyət göstərən infrastruktur vahidlərinin yenilənməsi ilə bağlı təkliflərin hazırlanması;

• Rayonda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin təşviq olunması;

• Rayon ərazisində mədəniyyət və incəsənət sahəsində fərqlənən şəxslərin yaradıcılığının dəstəklənməsi istiqamətində layihələrin həyata keçirilməsi;

• Bölgədə mövcud olan infrastruktur vahidlərində əlil və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün nəzərdə tutulmuş sahələrin yaradılmasına yönəlmiş qanun layihəsinin işlənib hazırlanması;

• Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının daima diqqətdə saxlanılması və onlara xüsusi imtiyazların verilməsini nəzərdə tutan proqramların hazırlanması;

• Ahıl şəxslərin asudə vaxtının səmərəli təşkilini nəzərdə tutan layihə və proqramların işlənib hazırlanması, dəstəklənməsi;

• Sosial müavinətlər, təqaüdlər və kompensasiyalarla bağlı təkliflərin hazırlanması;

• Vətənpərvərliyin təbliğini gücləndirən layihə və proqramların işlənib hazırlanması;

• Milli qəhrəmanlarımızın gənclər arasında tanıdılması və onların adını daşıyan idman yarışlarının təşkil olunması;

• Hərbi xidmətə yollanacaq, eləcə də təxris olunmuş gənclərin fiziki və mənəvi hazırlığını dəstəkləyən qanun layihələrinin formalaşdırılması;

• Yollara, kənd və qəsəbələrə milli qəhərəmanlarımızın adının verilməsi sahəsində təkliflərin hazırlanması;

Qeyd etdiyim bu məsələlərin sayı sizlərlə daha yaxından tanış olduqca, fikir mübadiləsi apardıqca artacaq, yeni-yeni ideyalar yaranacaq, yeni istiqamətlərimiz müəyyən olunacaq.

Bu gün sizin etimadınız, sizin dəstəyiniz çox önəmlidir. Çünki gələcəyimiz bu gün etdiyimiz seçimlər əsasında qurulur. Bu gün elə seçim etməliyik ki, qeyd olunanlar yalnız söz olaraq qalmasın, əməldə də öz əksini tapsın.

Sözdən əmələ keçə bilməyimiz üçün sizi həmrəy olmağa, 9 fevralda seçki məntəqəsinə gələrək, öz səsinizlə mənə dəstək olmağa çağırıram!

YOLA DAVAM!

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram