Günün son görüşünü İsmayıllı rayonunun mənzərəli Tağlabiyan kəndində keçirdik. Görüşdən əvvəl Qarabağ müharibəsi şəhidlərinin bulaq-abidələrini ziyarət edərək, əziz xatirələrini yad etdik.
Daha sonra keçirilən görüşün iştirakçıları arasnda Tağlabiyan sakinləri, eləcə də Kəlfərəc və Mücü kəndlərinin seçiciləri var idi. Bütün seçicilərə fəal iştirakları, irəli sürdükləri fikir və təkliflər, eləcə də xoş münasibətləri üçün təşəkkür edirəm.
No comments