Xəbərlər

Avaxıl kəndində seçicilərlə görüş keçirildi

Şamaxı rayonunun daha bir gözəl kəndi Avaxılda seçicilərlə görüş keçirildi və görüş iştirakçılarını maraqlandıran suallara cavab verildi. Kənd ağsaqqallarının da iştirak etdiyi görüşdə seçki platforması
geniş şəkildə təqdim olundu və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

Səfalı kəndinin seçiciləri ilə keçirdiyimiz görüş

Bir çox bədii və tarixi filmlərə səhnə olmuş Səfalı kəndinin seçiciləri ilə keçirdiyimiz görüş olduqca maraqlı və faydalı oldu. Görüş zamanı, seçicilərimizin irəli sürdükləri məsələlər diqqətlə dinlənildi və seçki platformamızla bağlı ətraflı məlumat təqdim olundu. Kəndin maraqlı tarixini sakinlərdən eşitmək isə xüsusilə yadda qalan xoş məqam oldu.
Bu səmimi görüş üçün Səfalı seçicilərinə təşəkkür edirəm.
Seçicilərlə görüşlər davam edir – #Yoladavam!

Bu gün Şamaxıda bizi çox dinamik və maraqlı bir gün gözləyir

Bu gün Şamaxıda bizi çox dinamik və maraqlı bir gün gözləyir.
İlk olaraq dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşməklə, Şamaxı’nın ən ucqar kəndlərindən biri sayılan Zarat Xeybəri kəndinin seçiciləri ilə görüşərək, onları maraqlandıran məsələlərə toxunduq, suallarını cavablandırdıq və seçki platformamızda nəzərdə tutduğumuz işlər barədə ətraflı məlumat verdik.
Xoş ünsiyyət göstərən Zarat Xeybəri kəndinin seçicilərinə dərin təşəkkürümü bildirirəm.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

Günün son görüşünü İsmayıllı rayonunun mənzərəli Tağlabiyan kəndində keçirdik

Günün son görüşünü İsmayıllı rayonunun mənzərəli Tağlabiyan kəndində keçirdik. Görüşdən əvvəl Qarabağ müharibəsi şəhidlərinin bulaq-abidələrini ziyarət edərək, əziz xatirələrini yad etdik.
Daha sonra keçirilən görüşün iştirakçıları arasnda Tağlabiyan sakinləri, eləcə də KəlfərəcMücü kəndlərinin seçiciləri var idi. Bütün seçicilərə fəal iştirakları, irəli sürdükləri fikir və təkliflər, eləcə də xoş münasibətləri üçün təşəkkür edirəm.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

İsmayıllı rayonunun daha bir tarixi məkanı Sulut kəndindəyik

İsmayıllı rayonunun daha bir tarixi məkanı Sulut kəndindəyik.
İlk öncə Birinci Qarabağ müharibəsində şəhid olmuş Sadiq Baladadaş oğlu Süleymanovun xatirə bulağını ziyərət etdikdən sonra, seçicilərlə görüşə yollandıq. Keçirdiyimiz görüşdə Sulut sakinləri ilə yanaşı, Kələzeyvə, QıçatanSərsurə kəndlərinin də seçiciləri iştirak etdilər.
Göstərilən isti qarşılamaya və səmimi münasibətə görə hər kəsə dərin təşəkkürümü bildirirəm.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

İsmayıllı rayonunun 3000 illik tarixə malik Basqal qəsəbəsində seçicilərlə görüş

Azərbaycanın mədəniyyət tarixində xüsusi yer tutan İsmayıllı rayonunun 3000 illik tarixə malik Basqal qəsəbəsində seçicilərlə olan görüşümüzdən əvvəl şəhidlərimizin abidəsini və şəhid Novruzov Rəmzi Siyavuş oğlunun məzarını ziyarət edib, onların əziz xatirəsini yad etdik.
Basqal Qoruğunda baş tutan görüş həm iştirakçıların yüksək fəallığı, həm də məkanın tarixi əhəmiyyəti baxımından unikal bir tədbir oldu. Görüşdə iştirak edən bütün seçicilərə dərin minnətdarlığımı bildirirəm.
Təşəkkürlər Basqal!
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

Ucqar dağ kəndi Həftəsova gəldik

Seçicilərlə görüşmək üçün bu gün İsmayıllı rayonunun ucqar dağ kəndlərindən biri olan Həftəsov kəndinə gəldik.
Görüşümüzdə yerli kənd sakinlərilə yanaşı, BurovdalZarat kəndlərinin seçicilərinin də iştirak etməsi ayrıca məmunluq hissi verdi.
Fəal və maraqlı keçən görüşdə seçicilər üçün mühüm olan məsələlər dinlənildi, seçki platformasına dair məlumat verildi.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram