Day: Avqust 16, 2024

Avaxıl kəndində seçicilərlə görüş keçirildi

Şamaxı rayonunun daha bir gözəl kəndi Avaxılda seçicilərlə görüş keçirildi və görüş iştirakçılarını maraqlandıran suallara cavab verildi. Kənd ağsaqqallarının da iştirak etdiyi görüşdə seçki platforması
geniş şəkildə təqdim olundu və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

Səfalı kəndinin seçiciləri ilə keçirdiyimiz görüş

Bir çox bədii və tarixi filmlərə səhnə olmuş Səfalı kəndinin seçiciləri ilə keçirdiyimiz görüş olduqca maraqlı və faydalı oldu. Görüş zamanı, seçicilərimizin irəli sürdükləri məsələlər diqqətlə dinlənildi və seçki platformamızla bağlı ətraflı məlumat təqdim olundu. Kəndin maraqlı tarixini sakinlərdən eşitmək isə xüsusilə yadda qalan xoş məqam oldu.
Bu səmimi görüş üçün Səfalı seçicilərinə təşəkkür edirəm.
Seçicilərlə görüşlər davam edir – #Yoladavam!

Bu gün Şamaxıda bizi çox dinamik və maraqlı bir gün gözləyir

Bu gün Şamaxıda bizi çox dinamik və maraqlı bir gün gözləyir.
İlk olaraq dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşməklə, Şamaxı’nın ən ucqar kəndlərindən biri sayılan Zarat Xeybəri kəndinin seçiciləri ilə görüşərək, onları maraqlandıran məsələlərə toxunduq, suallarını cavablandırdıq və seçki platformamızda nəzərdə tutduğumuz işlər barədə ətraflı məlumat verdik.
Xoş ünsiyyət göstərən Zarat Xeybəri kəndinin seçicilərinə dərin təşəkkürümü bildirirəm.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram