Day: Avqust 20, 2024

Zərnava kəndində seçicilərlə görüş

Valehedici təbiətə malik Zərnava kəndində seçicilərlə görüş zamanı onları maraqlandıran mövzular ətrafında maraqlı müzakirələr apardıq, seçki platforması barədə seçicilərə ətraflı məlumat təqdim etdik.
Görüşdən öncə ölməz şəhidlərimiz Fərəcov Cəsarət İsmayıl oğlu və Novruzov Mətləb Cilovxan oğlunun məzarlarını ziyarət edərək, əziz xatirələrini yad etdik.
Seçicilərlə görüşlər davam edir – #Yoladavam!

Növbəti görüşü Lahıc qəsəbəsində keçirdik

Növbəti görüşü öz nadir dəmirçilik ənənələri ilə məşhur olan Lahıc qəsəbəsində keçirdik. Qədim xalq sənətkarlıq nümunələrinin qorunduğu və misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi bu qəsəbədə, sakinlərlə maraqlı görüşümüz baş tutdu. Görüşdə seçicilərin irəli sürdüyü mühüm məsələlər dinləndi və onlara seçki platforması təqdim edildi.
Lahıca ziyarət zamanı, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edərək, onların əziz xatirəsini yad etdik.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

Bu gün İsmayıllı rayonundayıq

Bu gün İsmayıllı rayonundayıq. Günün ilk görüşü Əhən kəndində, yerli sakinlərlə yanaşı, Duvaryan, Ximran və Qoydan kəndlərindən olan seçicilərin iştirakı ilə baş tutdu. İştirakçıların fəal olduğu görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı və onlara seçki platforması ilə bağlı ətraflı məlumat verildi.
Göstərdikləri isti qarşılamaya görə bütün seçicilərə təşəkkürümü bildirirəm.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram