Day: Avqust 12, 2024

Quşçu, Laləzar və Aşkar kəndlərinin seçiciləri ilə görüş keçirildi

Şamaxı rayonunun Quşçu kəndində yerli kənd sakinləri ilə yanaşı, LaləzarAşkar kəndlərindən olan seçicilərlə görüş keçirildi.
Daha sonra, Vətən uğrunda şəhid olmuş Bəkirov Yasər Əfqan oğlu və Zülfüqarov Cavid Cavanşir oğlunun ailələri ilə görüşüb, şəhidlərimzin xatirələrini yad etdik.
Göstərdikləri isti qarşılamaya görə Quşçu, LaləzarAşkar kəndlərinin seçicilərinə təşəkkürümü bildirirəm.

Seçicilərlə görüşlər davam edir.

Şamaxı rayonunda dahi şairimiz Sabirin adını daşıyan qəsəbədəyik

Görüşdən öncə Vətən müharibəsində şəhid olmuş Cavadov Yalçın Aydın oğlunun ailəsini ziyarət edərək, şəhidimizin xatirəsini yad etdik.
Daha sonra isə Sabir qəsəbəsinin seçicilərilə görüş keçirildi, seçki platformamız barədə ətraflı məlumat və görüş iştirakçılarını maraqlandıran suallara cavab verildi.
Bütün Sabirli seçicilərə səmimi münasibətlərinə görə təşəkkürlər.

Seçicilərlə görüşlər davam edir.

Seçicilərlə görüşümüz Çıraqlı kəndində baş tutdu

Artıq Şamaxı rayonundayıq. Seçicilərlə görüşümüz Çıraqlı kəndində baş tutdu.
Çıraqlı kənd sakinləri seçki platforması barədə məlumatlandırıldıqdan sonra, seçicilər tərəfindən irəli sürülən məsələlər ətrafında müzakirələr aparıldı. Xoş münasibətləri üçün Çıraqlı kəndinin seçicilərinə təşəkkür edirəm.
Seçicilərlə görüşlər davam edir.

İlk görüşümüz Qobustan şəhərindən başlandı

Görüşdən öncə müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdik.
Daha sonra, #Qobustan şəhərində keçirilən görüşdə seçicilərin irəli sürdüyü mühüm məsələlər dinlənildi və seçki platforması barədə onlara ətraflı məlumat verildi.
Göstərilən isti qarşılamaya və səmimi münasibətə görə hər kəsə dərin təşəkkürümü bildirirəm.

Seçicilərlə görüşlər davam edir.

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram