Day: Avqust 13, 2024

Növbəti görüşümüzü İsmayıllı rayonunun Tircan kəndində keçirdik

Növbəti görüşümüzü Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonunun Tircan kəndində keçirdik. Görüşdən öncə ölməz şəhidlərimizin məzarlarını ziyarət edərək, onların əziz xatirəsini yad etdik.
Bir çox dəyərli elm və mədəniyyət nümayəndələrinin diyarı, #Tircan, həmçinin Maçaxı kəndinin seçicilərinə göstərdikləri xoş münasibət və fəal iştirak üçün təşəkkürümü bildirirəm.
Seçicilərlə görüşlər davam edir – #Yoladavam!

Bu gün İsmayıllı rayonundayıq

İlk öncə Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş Təzəkəndli həmvətənlərimizin məzarlarını ziyarət etdik.
Günün ilk görüşü Təzəkənd sakinlər ilə yanaşı, Birinci Yeniyol, Gəndov, İkinci Yeniyol, Köhnədaxar, QaraqayaQərsələ kəndlərindən olan seçicilərin iştirakı ilə baş tutdu. İştirakçıların fəal olduğu görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı və onlara seçki platforması ilə bağlı ətraflı məlumat verildi.
Seçicilərlə görüşlər davam edir.

12 avqust 2024-cü il tarixində görüşlərin video icmalı

12 avqust 2024-cü il tarixində Qobustan şəhərinin və Şamaxı rayonunun Sabir və Aşkar qəsəbələri, Çıraqlı, Mərzəndiyə, Quşçu, Laləzar və Birinci Çaylı kəndlərinin seçicilərilə keçirdiyimiz görüşlərin video icmalı.

 

Seçicilərlə görüşlər davam edir.

About Us

Our firm is one of the world's leading management consulting firms. We work with top executives to help them make better decisions.

Newsletter

Subscribe to our Newsletter to be updated.

Instagram