Növbəti görüşü öz nadir dəmirçilik ənənələri ilə məşhur olan Lahıc qəsəbəsində keçirdik. Qədim xalq sənətkarlıq nümunələrinin qorunduğu və misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi bu qəsəbədə, sakinlərlə maraqlı görüşümüz baş tutdu. Görüşdə seçicilərin irəli sürdüyü mühüm məsələlər dinləndi və onlara seçki platforması təqdim edildi.
Lahıca ziyarət zamanı, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edərək, onların əziz xatirəsini yad etdik.
Seçicilərlə görüşlər davam edir. #Yoladavam!
⠀
No comments